"Jiquli" kanala aşdı, ölən var
23 mart 2021 15:00 (UTC +04:00)

"Jiquli" kanala aşdı, ölən var

Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Mehman oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə İradə Cəfər qızı Cəfərova hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar