İtkin düşən jurnalistin  meyiti tapıldı
17 avqust 2022 15:57 (UTC +04:00)

İtkin düşən jurnalistin meyiti tapıldı

Jurnalist Xuan Arxon Lopes Meksikada ölü tapılıb.

Lent.az-ın məlumatına görə, “Reuters” xəbər verir ki, onun zorakılıq əlamətləri olan cəsədi avqustun 16-da şimal sərhədindəki Sonora əyalətində aşkarlanıb.

Qeyd olunur ki, Lopes avqustun 9-da yoxa çıxıb. O, “Facebook”da “A que le tempes” səhifəsini idarə edir, burada təhlükəsizlik mövzularını işıqlandırırdı.

Qeyd edək ki, Meksika jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.

Andrés Manuel Lópes Obrador 2018-ci ilin dekabrında vəzifəyə gəldikdən bəri ən azı 34 media işçisi işləri ilə əlaqədar öldürülüb.

“The Guardian”ın məlumatına görə, Lopes Obrador 2022-ci ilin əvvəlindən öldürülən 14-cü jurnalist olub.

Xatırladaq ki, ötən həftə sərhəddə yerləşən Syudad-Xuares şəhərində radiostansiyanın 4 əməkdaşı kartellərin qarşıdurmasının qurbanı olub.

Bir həftə əvvəl isə Qanfruato ştatında jurnalist Ernesto Mendes öldürülüb.

# 2307
avatar

Oxşar yazılar