İsmayıllıda iki "Jiquli" toqquşdu, 3 yaralı var
08 aprel 2022 10:11 (UTC +04:00)

İsmayıllıda iki "Jiquli" toqquşdu, 3 yaralı var

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün saat 16  radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 16-cı kilometrliyində qeydə alınıb. Murad Əkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil qarşıdan gələn “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər sürücü M. Əkbərov, onun sərnişini Emin Əsədov və “VAZ-21011”in sərnişini Cəmilə Abulova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər 3 yaralı İsmayıllı rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra yaralılar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1506
avatar

Mehman Nəbiyev

Oxşar yazılar