İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...
01 aprel 2025 13:08 (UTC +04:00)

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

Bugün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Lent.az xəbər verir ki, nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar