İranlıya  narkokuryerlik edən   TUTULDU
14 mart 2024 16:43 (UTC +04:00)

İranlıya narkokuryerlik edən TUTULDU

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Soltanov Hüseyn saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət  işi başlanılıb, H.Soltanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Nərimanov rayon 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdiyi son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb. 

# 1983
avatar

Fidan İlqar

Oxşar yazılar