Gömrükdə tapılan dərmanlar
12 avqust 2021 11:27 (UTC +04:00)

Gömrükdə tapılan dərmanlar

İrandan qanunsuz dərman gətirməyə CƏHD EDİLDİ

Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar gömrük postunda İrandan tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
 
Gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.
 
Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət ediən psixotrop maddələrin siyahısı" na daxildir.
 
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Mehman Nəbiyev

Oxşar yazılar