İrandan Bakıya su butulkalarında  narkotik gətirmək istədilər
11 iyun 2024 11:39 (UTC +04:00)

İrandan Bakıya su butulkalarında narkotik gətirmək istədilər

0

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən, xüsusilə külli miqdarda narkotik vasitə - 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2944

Oxşar yazılar