İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ -FOTO
02 avqust 2022 11:54 (UTC +04:00)

İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ-FOTO

İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.

Lent.az "Azad İran"a istinadən xəbər verir ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar.

Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib. 

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Məlumatda qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər. 

İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3677

Oxşar yazılar

Bakıda kişi yıxılıb öldü

Bakıda kişi yıxılıb öldü

23 may 2025 , 19:33
Məhkəmə hakimi piyadanı vurub  öldürdü

Məhkəmə hakimi piyadanı vurub öldürdü

23 may 2025 , 18:51
Şamil Basayevin  dəstəsinin üzvü illər sonra TUTULDU

Şamil Basayevin dəstəsinin üzvü illər sonra TUTULDU

23 may 2025 , 17:33
Bakı polisi Əfqanıstan vətəndaşını  axtarır

Bakı polisi Əfqanıstan vətəndaşını axtarır

23 may 2025 , 16:38
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

23 may 2025 , 14:39
Tiktoker "Vaqa"nın  həbs müddəti uzadıldı

Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı

23 may 2025 , 13:51
Dənizdə inək leşi   görənlər şoka düşdü

Dənizdə inək leşi görənlər şoka düşdü

23 may 2025 , 13:49
Elgün İbrahimovun  ölümü Milli Məclisdə MÜZAKİRƏ  edildi

Elgün İbrahimovun ölümü Milli Məclisdə MÜZAKİRƏ edildi

23 may 2025 , 12:03