İntihar edən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ:  "Çox məyus oluram"
13 may 2022 10:03 (UTC +04:00)

İntihar edən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ: "Çox məyus oluram"

Bakıda intihar edən məktəbli qızı xilas etməyə çalışan gömrük əməkdaşı Zahid Niyazov xəstəxanadan evə buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə o. özünün sosial şəbəkə hesabında bildirib. Z. Niyazov xəstəxanada müalicə alarkən ona dəstək olan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və şəxsi heyətə təşəkkür edib:

“Allahın salamı olsun hər kəsə. Məlum hadisə ilə bağlı bildirmək istəyirəm ki, səhhətim, şükür Allaha, yaxşıdır. Artıq ev şəraitində müalicəmi davam etdirirəm. 

Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideynlərinə başsağlığı verirəm, Allahdan o gözəl balamıza rəhmət diləyirəm. Məkanı cənnət olsun”.

Qeyd edək ki, mayın 3-ü paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Bu zaman o, aşağıda dayanmış gömrük əməkdaşı Zahid Niyazovun üstünə düşüb. Z. Niyazov  ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar