"İnsana çəkisinə uyğun ittiham verərlər" - Rasim Məmmədov
28 noyabr 2022 17:07 (UTC +04:00)

"İnsana çəkisinə uyğun ittiham verərlər" - Rasim Məmmədov

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin vəkilləri müdafiə çıxışı üçün hazır olmadıqlarını deyiblər. Vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər.

Vəkillər- Pərviz Məmmədov və Zibeydə Sadıqova məhkəmə istintaqının yenilənməsini, iş materiallarında olan iki flaşkarta, Rasim Məmmədovun qeyd dəftərçəsinə və gömrük sənədlərinə baxış keçirilməsini istəyiblər.

Prokuror Orxan Səmədov müdafiə tərəfinin dediklərinin məhkəmə üçün yeni bir məlumat olmadığını vurğulayaraq vəsatətlərin rədd olunmalı olduğunu bildirib.
Məhkəmə vəkillərin qaldırdığı vəsatətləri təmin etməyib.

Bundan sonra Rasim Məmmədov məhkəmədən söz istəyib. Keçmiş şirkət rəhbəri verilmiş ittihamlarla əlaqəsi olmadığını, nə vaxtsa günahsız olduğunu sübut edəcəyini deyib: "Prokuror deyir ki, guya 185 milyon pul götürmüşəm. 185 milyon böyük məbləğdir, qazanılası pul deyil axı. Bir insana onun çəkisinə uyğun ittiham verərlər də... Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini satıb zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa neynəməliyəm, hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?"

Məhkəmə müdafiə çıxışına hazırlaşmaq üçün vəkillərə dekabrın 5-ə kimi vaxt verib.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

# 1455
avatar

Oxşar yazılar

Dəvə qəzaya səbəb oldu:  14 nəfər öldü

Dəvə qəzaya səbəb oldu: 14 nəfər öldü

6 fevral 2023 , 00:58
Xətai prospektində QƏZA:  Piyada öldü,   sürücü qaçdı-YENİLƏNİB

Xətai prospektində QƏZA: Piyada öldü, sürücü qaçdı-YENİLƏNİB

6 fevral 2023 , 00:48
Motosikletlə toqquşan taksi binaya girdi-FOTO

Motosikletlə toqquşan taksi binaya girdi-FOTO

6 fevral 2023 , 00:03
Müğənni Zeynəb Dostəliyeva vəfat etdi

Müğənni Zeynəb Dostəliyeva vəfat etdi

5 fevral 2023 , 23:15
Pensiyası kəsildi, <span class="red_color" > benzin içib   özünü yandırdı

Pensiyası kəsildi, benzin içib özünü yandırdı

5 fevral 2023 , 23:07
Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...

Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...

5 fevral 2023 , 22:25
Bakıdan İstanbula uçan təyyarə Ankaraya endi

Bakıdan İstanbula uçan təyyarə Ankaraya endi

5 fevral 2023 , 21:41
Azərbaycan şairinin İrandakı məzarına qarşı VANDALİZM AKTI -FOTO

Azərbaycan şairinin İrandakı məzarına qarşı VANDALİZM AKTI-FOTO

5 fevral 2023 , 21:00