Braziliyada iki yaşlı uşaq təsadüfən atasının silahı ilə anasını vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Rio-Verdi-di-Matu-Qrosso bələdiyyəsində baş verib və müşahidə kameraları tərəfindən qeydə alınıb. Kadrlarda uşağın valideynləri ilə birlikdə həyətdə olduğu görünür. Oğlan stolun üstündəki silahı götürüb anasına tuşlayıb və atəş açıb.
Nəticədə yaralanan qadın xəstəxanada ölüb. Uşağın atası saxlanılsa da, izahat verdikdən sonra sərbəst buraxılıb. Polis tapança və sursat götürüb. Silah qeydiyyata alınıb.
Uşaq hazırda ailəsində qalır.