İki rayonda evlər yanıb kül oldu
23 sentyabr 2021 09:31 (UTC +04:00)

İki rayonda evlər yanıb kül oldu

Balakən və Füzulidə evlər yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Balakən rayonunun Katex kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Füzuli rayonunun Bala Bəhmənli kəndində isə ümumi sahəsi 340 m² olan birmərtəbəli 4 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları və ev əşyaları 298 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar