İki hərbçimiz  minaya düşdü  -  YENİLƏNİB
28 noyabr 2021 14:30 (UTC +04:00)

İki hərbçimiz minaya düşdü - YENİLƏNİB

Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.

Bu barədə Lent.az-a  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

14:05

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Lent.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

# 5397
avatar

Oxşar yazılar