İdarədən 21 min manatlıq  OĞURLUQ
24 sentyabr 2021 14:49 (UTC +04:00)

İdarədən 21 min manatlıq OĞURLUQ

Siyəzəndə neft-qaz çıxarılan ərazidən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma idarəsinə məxsus ərazidən 21474 manat dəyərində 2980 metr dəmir boru və 5810 metr naqil oğurlanıb.

Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Mehman Nəbiyev

Oxşar yazılar