İctimai fəal Elgiz Qəhrəmana cinayət işi açıldı
08 mart 2025 09:35 (UTC +04:00)

İctimai fəal Elgiz Qəhrəmana cinayət işi açıldı

İctimai fəal Elgiz Qəhrəman “Məclis.info” işi üzrə ittiham olunur.

Lent.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşıb.

Elgiz Qəhrəmanın sözlərinə görə, barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə - 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1-ci (sənəd saxtalaşdırma), 320.2-ci (saxta sənədlərdən istifadə etmə) cinayət işi açılıb.

O həmçinin qeyd edib ki, fevralın 28-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar