Həyətində 100 nəfərin iştirakı ilə toy edirdi, cərimələndi
20 iyul 2021 09:35 (UTC +04:00)

Həyətində 100 nəfərin iştirakı ilə toy edirdi, cərimələndi

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Elşad Ələkbərovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 100 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən beş nəfər şəxs barəsində qanuna müvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar