Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən tutuldu - YENİLƏNİB
18 avqust 2022 19:19 (UTC +04:00)

Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən tutuldu - YENİLƏNİB

Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Lent.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Müdafiə Nazirliyindən Lent.az-a Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiqləyiblər.

Faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

# 5910
avatar

Oxşar yazılar