Həbsdəki qohumuna şalvarda narkotik ötürmək istədi -  FOTO
24 may 2021 18:51 (UTC +04:00)

Həbsdəki qohumuna şalvarda narkotik ötürmək istədi - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Abdullayev Tofiq Seymur oğluna qohumu Məmmədov Mehman Aydın oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,5047qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1368
avatar

Oxşar yazılar