Həbsdəki daha bir keçmiş icra başçısının oğluna vəzifə verildi
13 yanvar 2021 15:23 (UTC +04:00)

Həbsdəki daha bir keçmiş icra başçısının oğluna vəzifə verildi

Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə prokurorluq orqanlarında yeni vəzifə verilib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, o Quba rayon prokurorunun köməkçisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinın Ağstafa rayon İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, habelə daha bir neçə vəzifəli şəxs saxlanılaraq həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Mehman Nəbiyev

Oxşar yazılar