Həbs olunan polis polkovniki Rüfət İsmayılovdan YENİ XƏBƏR
26 sentyabr 2024 12:11 (UTC +04:00)

Həbs olunan polis polkovniki Rüfət İsmayılovdan YENİ XƏBƏR

Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dağıstan daxili işlər nazirinin müavini Rüfət İsmayılov və onun müavini Dalqət Əbdülqapurovun cinayətlərdə iştirakına dair istintaq orqanlarının şübhələrinin əsaslılığı əməliyyat-axtarış tədbirlərinin nəticələri ilə təsdiqlənir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlərin sözlərinə görə, Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinə də rəhbərlik edən İsmayılov Abdulqapurov və naməlum şəxslərlə birlikdə qanunsuz tikinti faktı ilə bağlı cinayət işi başlanmasından imtina etdiklərinə görə 300 min rubl məbləğində rüşvət alıblar. Həmçinin "analıq kapitalının büdcə vəsaitlərinin bölüşdürülməsinə dair müsbət prosedur qərarının qəbul edilməsi" üçün 1 milyon rubl da rüşvət kimi alınıb.

Bundan əlavə, istintaq hesab edir ki, 2022-ci ildə İsmayılov və Abdulqapurov mədən avadanlığı almaq üçün vəsaiti müəyyən bir Frolova köçürərək kriptovalyutaya 100 milyon rubl investisiya etmək qərarına gəliblər. Lakin iş adamı öhdəliklərini yerinə yetirməkdən yayınmağa başlayandan sonra yüksək rütbəli polis əməkdaşları təzyiq göstərmək və pulları qaytarmaq üçün saxta zərərçəkənlərin ifadələri əsasında ona qarşı cinayət təqibi başlayıblar.

Hazırda məhkəmənin qərarı ilə Rüfət İsmayılov və Dalqət Abdulqapurovun həbs qətimkan müddəti noyabrın 2-dək uzadılıb. Onlar istintaq təcridxanasında saxlanılır.

Müstəntiqlərin fikrincə, polkovnik və onun müavini tabeliyində olanlara bir sıra qanunsuz göstərişlər verib.

Qeyd edək ki, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur. Rüfət İsmayılov ötən ilin noyabr ayında saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28107
avatar

Mehman Nəbiyev

Oxşar yazılar