Hacıqabulda AĞIR QƏZA:  5 yaralı var
09 mart 2024 10:15 (UTC +04:00)

Hacıqabulda AĞIR QƏZA: 5 yaralı var

Hacıqabulda ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Hacıqabul-Muğan-Udulu avtomobil yolunda qeydə alınıb. 48 yaşlı Zülfəliyev Qulam Məhəmməd oğlunun idarə etdiyi VAZ 21703 minik” markalı avtomobillə 45 yaşlı Hacalıyev Mülkəli Əsgəralı oğlunun idarə etdiyi “VAZ 21074 ” markalı avtomobil toqquşub.

Nəticədə sürücü və sərnişinlər Mülkəli Hacaliyev, Kamilova Məshəti Nizam qızı, Hacaliyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

# 2529
avatar

Mehman Nəbiyev

Oxşar yazılar