Paata Grineviç
24 iyun 2022 14:31 (UTC +04:00)

Paata Grineviç

Gürcüstandan Bakıya görün nə üçün gəldi, niyə tutuldu? - VİDEO

Bakıda mənzillərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, zərərçəkən Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində müraciət edərək hadisə barədə məlumat verib.

Bakı şəhər Baş Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı toplanan materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib. Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Gürcüstan vətəndaşı Bakıda evləri qarət etdi

# 2955
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11