Gömrük limiti 300 dollardan 150 dollara endirilib? - RƏSMİ
02 dekabr 2023 18:50 (UTC +04:00)

Gömrük limiti 300 dollardan 150 dollara endirilib? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.

Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur. Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4788
avatar

Oxşar yazılar