Gəncədə şəhid lövhələri sökülür - VİDEO
26 may 2025 12:45 (UTC +04:00)

Gəncədə şəhid lövhələri sökülür - VİDEO

Gəncədə şəhid löhvələrinin söküldüyü iddia olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Lent.az məlumat verir ki, Şəhid yaxınlarından biri videoda şəhid ailələrinə müraciət edərək bildirir ki, yaxınlaşıb onlara aid olan fotoları götürsünlər. 

Şəhid lövhələrinin sökülməsi ilə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu da paylaşım edib. Gəncə icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq, da telefonlarımıza cavab verən olmayıb.  Əldə etdiyimiz məlumata görə, şəhid lövhələri 2025-ci ildə Gəncədə keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları ilə bağlı sökülüb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2914

Oxşar yazılar