Gəncədə narkotik alverçiləri saxlanıldı - FOTO
27 avqust 2021 14:46 (UTC +04:00)

Gəncədə narkotik alverçiləri saxlanıldı - FOTO

Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş, Elnur Kərimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində gizlətdiyi 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Nadir Məmmədov saxlanılıb. Polis İdarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Nadir Məmmədov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.

Aşkar edilən faktlara üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266
avatar

Mehman Nəbiyev

Oxşar yazılar