Gəncədə intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binasının birinin qarşısında qeydə alınıb.
22 yaşlı Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.