“Hizbullah” lideri Həsən Nəsrullahın oğlu Məhəmməd Mehdi Nəsrullah bu yaxınlarda yayımlanan videoda atasının qoyduğu kursu davam etdirmək niyyətində olduğunu bildirib. Lakin məlum olduğu kimi, Məhəmməd Mehdinin maraqları tamam başqa sahədədir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, siyasi yolla getməkdənsə, özünü elmi, mədəni və maarifçilik fəaliyyətinə həsr etməyə qərar verib. Gənc Nəsrullah ictimai-siyasi səhnədən yayınır, elm və mədəniyyətin inkişafı ilə bağlı məsələlərə diqqət yetirməyə üstünlük verir. Beləliklə, nüfuzlu siyasi xadimlə ailə bağlarına baxmayaraq, Məhəmməd Mehdi şəxsi peşəkar və akademik karyerasına diqqət yetirərək özü üçün fərqli bir yol seçib.
Xatırladaq ki, “Hizbullah”ın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Vafiq Səfa 2023-cü ilin sentyabrında İsrailin hava hücumu nəticəsində qruplaşmanın lideri Həsən Nəsrullahın öldüyünü təsdiqləyib. Səfanın sözlərinə görə, Nəsrullah 2023-cü il sentyabrın 27-də İsrailin Beyrutun cənub ətrafına endirdiyi bir sıra hava zərbələri nəticəsində öldürüldüyü zaman hərbi əməliyyatlar üçün əməliyyat mərkəzində olub.
Səfa dəqiqləşdirib ki, hücum təkcə Nəsrullahın deyil, qruplaşmanın bir neçə yüksək rütbəli komandirinin də ölümü ilə nəticələnib. Həmin vaxt Livanın Səhiyyə Nazirliyi 6 nəfərin öldüyünü bildirsə də, Səfa əlavə edib ki, Nəsrullah yeraltı komandanlıq məntəqəsində dünyasını dəyişib.