Günəş Yerdəki bütün canlıları nə vaxt öldürəcək?
12 yanvar 2025 19:59 (UTC +04:00)

Günəş Yerdəki bütün canlıları nə vaxt öldürəcək?

Çikaqo Universitetinin alimləri belə qənaətə gəliblər ki, 1,5 milyard il ərzində Günəşin parlaqlığının artması Yerdə geri dönməz dəyişikliklərə gətirib çıxaracaq və bu, planetdə həyatı qeyri-mümkün edəcək.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, tədqiqatçılar müəyyən ediblər ki, artıq özünə ayrılmış ömrünün yarısını yaşayan ulduzun həyatı ərzində Günəşin parlaqlığı 30 faiz artıb.

Bu proses davam edəcək və Yer atmosferində karbon qazının səviyyəsinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində yaşaması üçün fotosintez tələb edən bitkilərə ciddi ziyan vuracaq.

Əgər bitkilər ölürsə, o zaman Yerin ekosistemində oksigenə ehtiyacı olan bütün canlı orqanizmləri məhv edəcək zəncirvari reaksiya kimi bir şey başlayacaq.

Çikaqo universitetində eləcə də hesab edirlər ki, Günəşin parlaqlığının daha da artması ilə Yer kürəsi "yaş istixana effekti"nin məngənəsində ola bilər. Bundan sonra, planet normadan daha güclü istiləşməyə başlayacaq, bu da dünyada həyat üçün yaxşı bir şey vəd etmir.

Bundan əvvəl Yeni Zelandiya tədqiqatçıları ehtimal olunan nüvə müharibəsinin nəticələrini modelləşdirib və onun nəticələrindən hansı ölkələrin sağ qalacağı ilə bağlı qənaətə gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar