Amerikalı sahibkar İlon Mask Kaliforniyanın Los-Anceles şəhərində baş verən meşə yanğınlarının iqlim dəyişikliyi ilə bağlı olub-olmadığını şübhə altına alıb.
Lent.az xəbər verir ki, o, bu barədə yanvarın 12-də “X” sosial şəbəkəsində məlumat verib.
"Əgər iqlim dəyişikliyi ilə bağlı izahat düzgün olsaydı, Kaliforniyadan iki dəfə çox meşə sahəsi olan Texasda evləri məhv edən meşə yanğınları təxminən iki dəfə çox olardı", - deyə o bildirib.
Onun sözlərinə görə, iqlim dəyişir, lakin yavaş-yavaş. Mask həmçinin Los-Ancelesdəki problemin yanğın söndürmə vasitələrinin olmaması olduğunu deyib. O, kifayət qədər su təchizatı ilə bağlı çətinlikləri də qeyd edib.