Polisdən tiktoker Müjganla bağlı AÇIQLAMA - YENİLƏNİB
13 yanvar 2025 13:43 (UTC +04:00)

Polisdən tiktoker Müjganla bağlı AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi tiktoker Müjgan Məmmədzadənin polisə çağırılmasına münasibət bildirib. 

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, bir vətəndaş polisə müraciət edərək “5555mujgan” adlı hesabın istifadəçisi Müjgan Məmmədzadə tərəfindən sosial şəbəkədə təhqir edildiyini bildirib.

M.Məmmədzadə müraciətin araşdırılması məqsədilə polis orqanına dəvət edilib.

Hazırda araşdırma aparılır.

***

saat 10:31

Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.

Bu barədə Lent.az-a xanım tiktokerin özü məlumat verib. 

Onun sözlərinə görə, Abşeron rayon Polis İdarəsindən zəng edərək bildiriblər ki, onun barəsində vətəndaş şikayəti var:

"Guya bir xanım mənə qarşı iddia qaldırıb. Belə ki, vaxtilə mən öz səhifəmdə avtomobilin satılması üçün reklam etmişəm və bu xanım da mənə öz evinin satılması üçün reklam etməyimi istəyib. Bunun müqabilində guya ondan 1000 manat pul almışam. Bu şikayət əsasında mənə idarəyə gəlib izahat yazmağımı tələb ediblər".

Müjgan Məmmədzadə onu da qeyd edib ki, yayınçı olması səbəbindən ona reklam təklifləri xeyli sayda olsa da, lakin heç birinə müsbət cavab vermir:

"Təklifləri nə qədər geri qaytarsam da əl çəkmirlər. Ona görə də şişirdilmiş rəqəm deyirəm ki, əl çəksinlər. Mən gözəl bilirəm ki, reklam etdiyim halda dövlətə vergi ödəməliyəm. Düzdür, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum üçün VÖEN və Asan imzamı olub, sadəcə onları aktivləşdirmək lazımdır. Çox narahatam, çünki xaricdə oturan yayınçılar tərəfindən şantaj edilirəm. Mənim və ailə üzvlərimin fotolarını yayınlarında saxlayıb təhqir və söyüşlər söyürlər. Mənə bildirirlər ki, əgər 1000 manat verməsən bu əməlimizdən əl çəkməyəcəyik. Bu arqumentlə xanımın 1000 manat söhbəti məndə artıq şübhələrimi daha da artırır. Mən DİN-in 102 xidmətinə zəng edərək bu məsələni danışdım. Çarəsizəm, köməyə ehtiyacım var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14457

Oxşar yazılar

Bacı qardaşı bıçaqladı

Bacı qardaşı bıçaqladı

30 avqust 2025 , 21:13
Xocalıda yanğınlar  başladı

Xocalıda yanğınlar başladı

30 avqust 2025 , 20:37
Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

30 avqust 2025 , 19:33
Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

30 avqust 2025 , 18:13
Bakıda taksi şirkətinin  ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu

30 avqust 2025 , 17:47
Gəncədə maşın 15 yaşlı qızı vurdu

Gəncədə maşın 15 yaşlı qızı vurdu

30 avqust 2025 , 17:03
Polis şöbəsində müəmmalı ÖLÜM

Polis şöbəsində müəmmalı ÖLÜM

30 avqust 2025 , 12:29
Kürdəmirdə sürücü qəzada öldü  - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

Kürdəmirdə sürücü qəzada öldü - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

30 avqust 2025 , 11:19