Abşeronda külək turbinləri quraşdıran hindistanlı öldü   - YENİLƏNİB
13 yanvar 2025 17:51 (UTC +04:00)

Abşeronda külək turbinləri quraşdıran hindistanlı öldü - YENİLƏNİB

Baş Prokurorluq Abşeronda baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü  Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 11:39

Abşeronda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 22 yaşlı Harı Prakash xəstəxanada ölüb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar