Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi ilə bağlı müəyyən işlər görülüb.
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Lent.az-a bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.