Çelyabinsk Regional Onkologiya və Nüvə Təbabəti Kliniki Mərkəzinin binalarından birində 32 yaşlı anestezioloqun meyiti tapılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, kişinin cəsədini xərçəng mərkəzinin digər tibb işçiləri aşkar ediblər. Mərhumun meyitində cinayət izi yoxdur. Məhkəmə-tibbi ekspertizası həkimin intihar etdiyini müəyyən edib.
Hazırda həkimi intihara sövq edən səbəblər araşdırılır.