Füzulidə atəş  AÇILDI:   cinayətkar İrana qaçdı
23 avqust 2022 16:02 (UTC +04:00)

Füzulidə atəş AÇILDI: cinayətkar İrana qaçdı

İranla sərhəddə daha bir pozuntu olub.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozduğunu müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açdıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İrana qaçıb.

Ərazidə keçirilən axtarış və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 4 kiloqram 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45