FTX saxta içkilər  hazırlayan azərbaycanlını həbs etdi
22 mart 2025 10:35 (UTC +04:00)

FTX saxta içkilər hazırlayan azərbaycanlını həbs etdi

Rusiyanın Perm vilayətində xüsusilə böyük miqyasda etiketsiz spirt tərkibli məhsulların qeyri-qanuni istehsalı və satışını müəyyən edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, saxta içkilərin hazırlanmasının və satışının qarşısı Federal Təhlükəsizlik Xidmətinin regional bölməsinin əməkdaşları tərəfindən alınıb.

“Rusiya FTX-nin Perm ərazisi üzrə idarəsi azərbaycanlının qanunsuz fəaliyyətini üzə çıxarıb. Həmin şəxs külli miqdarda etiketsiz spirtli içkilərin istehsalını və satışını təşkil edib. O, saxlanılıb və 7 min litrdən çox saxta spirtli içki götürülüb”, - deyə Prikamsk departamentinin mətbuat xidməti izah edib.

Şöbə əməkdaşlarının topladığı materiallar əsasında cinayətkar barəsində cinayət işi başlanıb. Məhkəmə onu təqsirli bilib və 2 il müddətinə ciddi rejimli həbsxanaya və 300 min rubl cəriməyə məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1588

Oxşar yazılar