"Facebook"-dan azərbaycanlı istifadəçilərə şok xəbər
04 aprel 2021 09:13 (UTC +04:00)

"Facebook"-dan azərbaycanlı istifadəçilərə şok xəbər

“Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.

Bundan başqa, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb.

Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4050

Oxşar yazılar

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə  öldü

Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü

20 avqust 2025 , 16:43
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19