Əvəz Zeynallı ilə bağlı yeni MƏHKƏMƏ QƏRARI
26 sentyabr 2022 16:20 (UTC +04:00)

Əvəz Zeynallı ilə bağlı yeni MƏHKƏMƏ QƏRARI

“Xural Yayınları” MMC-nin həbsdə olan baş direktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, Əvəz Zeynallının şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə-nüfuz alveri) maddəsi ilə də əlavə ittiham irəli sürülüb.

# 2328
avatar

Oxşar yazılar

61 yaşlı qadının meyiti evində tapıldı

61 yaşlı qadının meyiti evində tapıldı

3 dekabr 2022 , 21:16
19 yaşlı hamilə qadın xəstəxanada öldü

19 yaşlı hamilə qadın xəstəxanada öldü

3 dekabr 2022 , 20:57
Goranboylu qadın dəm qazından  zəhərləndi

Goranboylu qadın dəm qazından zəhərləndi

3 dekabr 2022 , 20:42
“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI   -FOTO

“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI  -FOTO

3 dekabr 2022 , 20:38
Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

3 dekabr 2022 , 19:25
22 yaşlı qız tövlədə özünü asdı

22 yaşlı qız tövlədə özünü asdı

3 dekabr 2022 , 18:55
Azərbaycanda narkotacir həbsdə öldü - FOTO

Azərbaycanda narkotacir həbsdə öldü - FOTO

3 dekabr 2022 , 17:35
Toy karvanında avtoxuliqanlıq

Toy karvanında "avtoş"luq etdilər - FOTO

3 dekabr 2022 , 16:58