Evdən 13 minlik qızıl oğurlandı
03 sentyabr 2021 15:17 (UTC +04:00)

Evdən 13 minlik qızıl oğurlandı

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 5-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.Quliyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar