Ərzaq mağazasını qarət edən 3  azərbaycanlı   saxlanıldı -VİDEO
08 aprel 2024 12:31 (UTC +04:00)

Ərzaq mağazasını qarət edən 3 azərbaycanlı saxlanıldı -VİDEO

Video kameralar içəri girənlərdən ikisinin içki dükanına giriş qapısını lomla necə açdığını göstərir. Onlar böyük zibil torbalarına spirtli içki, pul və ehtimal olunur ki, siqaret də dolduraraq qaçıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, oğurluqda 31, 37 və 33 yaşlı üç Azərbaycan vətəndaşı şübhəli bilinir. Dəymiş ziyanın miqdarı göstərilmir. Üçüncü şübhəli həmin vaxt avtomobildə növbətçi olub. Cinayət çox çəkməyib - həyəcan siqnalı ilə polis gəlib və hər üçünü yerindəcə saxlayıblar.

Soyğunçuların qəniməti əsasən siqaret olub ki, onlar bunu sonradan bazarda həmyerlilərinə ucuz qiymətə satmaq niyyətində olublar. İndi onları 7 ilə qədər həbs gözləyir.
 

# 2673
avatar

Oxşar yazılar