Ermənilər yenidən Kəlbəcəri ATƏŞƏ TUTDU
11 fevral 2022 11:45 (UTC +04:00)

Ermənilər yenidən Kəlbəcəri ATƏŞƏ TUTDU

Fevralın 11-i saat 8:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895
avatar

Mehman Nəbiyev

Oxşar yazılar