Ermənilər Kəlbəcəri yenə atəşə tutdu
24 avqust 2021 17:06 (UTC +04:00)

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd  yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Mehman Nəbiyev

Oxşar yazılar