Beyləqan rayonu ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mil qəsəbə sakinləri Z.Əliyev və həyat yoldaşı N.İbrahimova saxlanılıblar.
Araşdırma aparılır.