Endokrinoloji Mərkəzdə sağlam adamlara  xəstə diaqnozu  qoyulub-QƏSDƏN
14 mart 2025 18:34 (UTC +04:00)

Endokrinoloji Mərkəzdə sağlam adamlara xəstə diaqnozu qoyulub-QƏSDƏN

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

Lent.az-ın məlumatına görə, müvafiq şikayət əsasında artıq mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparılır. Yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Məlumata görə, Mərkəzdə ciddi qanun pozuntularına yol verilib: xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar.

Agentliyimiz sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərib, lakin hələ cavab alınmayıb.(Trend)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar