Oğurluq olan yol
03 fevral 2022 11:09 (UTC +04:00)

Oğurluq olan yol

Ələt-Astara yolundakı dirəklər oğurlandı - FOTO

Magistral yoldan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində Lənkəran rayonu ərazisindən keçən hissəsində əraziyə basdırılmış, "Avtomobil Yollarının Mühafizəsi" MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb. Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar