Ələt-Astara magistralında hərəkət dayandı - AĞIR QƏZA  -FOTOLENT  -VİDEO
31 mart 2025 13:25 (UTC +04:00)

Ələt-Astara magistralında hərəkət dayandı - AĞIR QƏZA -FOTOLENT -VİDEO

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.

Dağıstan Respublikasına aid olan "TIR" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilir.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar