"Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər"  - Vəkil
29 iyun 2025 16:19 (UTC +04:00)

"Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər" - Vəkil

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib .

Onun sözlərinə görə, Gənciyevə elektroşokla işgəncə verilib, ağır predmetlə döyülüb.

Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib: "Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb: "Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslərin xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itirdikləri sübut olunsun".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar