Ötən gün Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət tələb etməsi ilə bağlı xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə məlumat yayılandan sonra Ağstafa rayon Prokurorluğu dərhal Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın əməllərini araşdırmağa başlayıb.
Belə ki, direktordan şikayətçi olan 6 müəllim Prokurorluğa dəvət olunub. Onların izahatı alınıb. Şikayətçi müəllimələr direktora rüşvət verdiklərini etiraf ediblər.
Əldə etdiyimiz digər məlumata görə isə, sözügedən orta məktəbin direktoru M.Məmmədova artıq işə çıxmır. Onun xəstə olduğu üçün işə çıxmadığı bildirilir.