Dərsə gedən uşaq itdən qorxub  öldü
04 mart 2025 15:35 (UTC +04:00)

Dərsə gedən uşaq itdən qorxub öldü

Qazaxıstanın Aktobe şəhərində dərsə gedən uşaq itdən qorxaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Maresyeva küçəsindəki evlərdən birinin həyətində baş verib. Məlumata görə, 7 yaşlı uşaq anası və bacısı ilə məktəbə getməyə hazırlaşırmış. Ancaq o, anasından bir qədər tez küçəyə çıxıb və evin həyətində huşsuz vəziyyətdə yıxılıb. 

Əvvəlcə sakinlər uşağın itin hücumuna məruz qalaraq öldüyün desələr də, polis meyitin üzərində xəsarət izləri olmadığını deyib. Lakin sonradan məlum olub ki, uşaq itdən qorxaraq huşunu itirib və ayılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar