Şirvanda çöl ərazidə meyit tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan kişi meyiti səhər saatlarında dəmir yolu stansiyası yaxınlığında tapılıb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.
Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimə məxsus olması barədə araşdırma aparılır.