“Dəli Kür” restoranının yanında qəza: Sürücü yerindəcə keçindi
10 aprel 2021 20:16 (UTC +04:00)

“Dəli Kür” restoranının yanında qəza: Sürücü yerindəcə keçindi

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. 

İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Oxşar yazılar